Mingəçevirdə avtomobillər toqquşub.
"Unikal" xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. "Şhevrolet" markalı avtomobil sol yan hissədən "Chanqan" markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən "Chanqan" səkiyə qalxaraq yaşıllıq zolağına girib. Qəza zamanı avtomobillərə və maşının çırpıdığı ağaca ziyan dəyib.
Zərərçəkənlərin olub-olmadığı dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
