Gəncə həyat yoldaşına balta ilə xəsarət yetirən şəxs tutulub.
"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 45 Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir
*** 11:56
Gəncədə kişi həyat yoldaşına küt ailətlə xəsarət yetirib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 1985-ci il təvəllüdlü S.Cəfərova bədənin müxtəlif nahiyələrindən açıq yaralarla xəstəxanaya yerləşdirilib. Xəsarət alan qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin hazırda kafi olduğu bildirilir. İlkin məlumata əsasən, qadına xəsarətləri həyat yoldaşı balta ilə yetirib. Hadisənin məişət zəminində baş veridiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
*** 11:49
21.04.2026-cı il tarixində saat 02:20 radələrində 1 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 1985-ci il təvəllüdlü şəxsə baş, boyun və çiyin nahiyyələrinin kəsilmiş yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Tural Əhmədov
