"2025-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilən 43 autidən cəmi 6 audit səmərəlilik audit olub. Bu o deməkdir ki, əvvəlki il ilə müqayisədə səmərəlilik auditinin sayında artım baş verməyib. Bu eyni zamanda o deməkdir ki, səmərəllik auiditinin ümümi auditlərin sayında payı cəmi 14.0 faiz olub. Səmərlilik auditin sayının az olması nəzarət mexanizmlərinin keyfiyyətinə birbaşa təsir göstərir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, hesabat dövründə 43 audutin böyük əksəriyyəti, yəni, 70.0 faizi uyğunluq auditidir: "Göründüyü kimi, səmərəlilik və maliyyə auditindən fərqli olaraq hesabat dövründə uyğunluq auditinə daha çox üstünlük verilib. Xüsusilə rəqabətli tenderlərdə ehtimal olunan qiymətlə müqavilə qiyməti arasında ciddi fərqlər müşahidə olunur. Palata tərəfindən təqdim edilən hesabatda rəqabətli satınalmaların 43 faizindən çoxunda bu fərqin 20 faizdən artıq olduğu göstərilir. Bu isə dövlət vəsaitlərinin səmərəli istifadəsi və şəffaflıq baxımından mühüm məsələ kimi qiymətləndirilir. Bu dövlət satınalamlarında süni intelektdən istifadə məsələsini daha da aktuallaşdırır.
Hesabatda qeyd olunduğu kimi, audit və analtik fəaliyyətlər üzrə aşkar edilmiş pozuntuların içərsində büdcə qanunvericiliyinin pozulması halları 51.6 faiz olub. 2024-cü ildə bu rəqəm 45.1 faiz idi. Yəni, 2025-ci ildə büdcə qanunvericiliyi hallarında faiz ifadəsində artım var. Büdcə qanunvericiliyin təkmilləşdirildiyini və rəqəmsallaşmanın genişləndirildiyi halda bunun səbəbləri nədir? Hesablama Palatası tərəfindən həyata keçirilən 48 fəaliyyətin (43 audit və 5 analtik fəaliyyət) 75 faizində büdcə qanunvericiliyinin pozulması hallarına rast gəlinib. Büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanların aşkar edildiyi fəaliyyətlərin sayı 75 faizdir. Keçirilən auditlərin 74 faizindən çoxunda dövlət satınalmaları ilə bağlı hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Bütün bunlar cari maliyyə intizamının daha da gücləndirilməsini aktuallaşdırır".
Deputat qeyd edib ki, 2025-ci ildə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə büdcəyə zərərin məbləği əvvəlki il ilə müqayisədə 50 faizdən çox artaraq 170.4 milyon manat olub: "Bir il ərzində büdcəyə zərərinin məbləğinin 50 faiz artması dövlət vəsaitinin təyinatından yayındırılması hallarının qarşısınını alınması ilə bağlı nəzarətin gücləndirilməsini daha da aktuallaşdırır. Eyni zamanda, Hesablama Palatası tərəfindən 2024-cü ildə büdcəyə hesablanmış zərərin 74 faizinin bərpası ilə bağlı qərar qəbul edilsə də bu göstərici 2025-ci ildə 60 faiz olub. Yəni, büdcəyə hesablanmış zərərin hər 100 manatından 40 manatı ilə bağlı bərpa qərarı qəbul edilməyib. Niyə büdcəyə dəymiş ziyanı bərpa etməkdə belə çətinliklər var?"
Anar Kəlbiyev
