Amerika liderinin tənqidi açıqlamaları İranla danışıqlar prosesinə zərər verir.

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri CNN-ə bildiriblər. 
 
"İranlılar ABŞ prezidentinin sosial media vasitəsilə danışıqlar aparmasından narazı idilər və bu da tərəflərin hələ razılığa gəlmədiyi və ölkə daxilində ictimaiyyət arasında populyar olmayan məsələləri dəstəklədiyi təəssüratını yaradır", - kanal mənbəyə istinadən yazıb. 

CNN daha əvvəl ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsinin 22 aprel çərşənbə günü İslamabadda keçiriləcəyini bildirmişdi.

Eyni zamanda, İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf vurğulayıb ki, Tehran təhdid altında Vaşinqtonla danışıqlar aparmayacaq .