Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Kremlin təbliğatçısı Vladimir Solovyovun Rusiya televiziyasında İtaliyanın Baş naziri Giorgia Meloniyə qarşı etdiyi təhqirlərə görə Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Solovyov italyan dilində təhqiramiz ifadələr işlədərək Melonini "faşist", "axmaq" və "əxlaqsız" adlandırıb. O, İtaliya baş nazirini ABŞ prezidenti Donald Trampa xəyanət etməkdə günahlandırıb və bildirib ki, xəyanət Meloninin orta adıdır.
İtaliya mediasının məlumatına görə, Rusiya səfiri bildirib ki, Solovyovun sözləri hökumətin rəsmi mövqeyi deyil və Rusiya rəhbərliyindən heç kim Meloni və İtaliyaya qarşı təhqiramiz qiymətləndirmələr etməyib.
Ağarza Elçinoğlu
