Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində sol ayağı amputasiya olunan Ağdam rayon sakini Abbasov Ceyhun Firdovsi oğlunu yaşadığı evdə ziyarət edib.

"Unikal" xəbər verir ki, 24 aprel 2026-cı il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev və aparatın əməkdaşları işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində sol ayağı amputasiya olunan Ağdam rayon sakini Abbasov Ceyhun Firdovsi oğlunu yaşadığı evdə ziyarət edib, müalicəsinin gedişi ilə maraqlanıblar.

Ceyhun Abbasov və onun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.