Meksikalı "Kainat gözəli" Karolina Qomez silahla öldürülüb. 

"Unikal" xəbər verir ki, qətli törədən Karolinanın qayınanası olub. Belə ki, gəlin-qayınana arasında əvvəlcə mübahisə yaşanıb. Daha sonra qadın 6 dəfə atəş açmaqla Karolinanı öldürüb. 

"Kainat gözəli"nin əri və 8 aylıq uşağı da hadisə zamanı evdə olub. Qəlıi törədən qadın oğluna "Məni əsəbiləşdirdi. Səni əlimdən ala bilməz" deyib.