Şəmkirdə toydan sonra mübahisə bıçaqlanma ilə nəticələnib.
"Unikal" xəbər verir ki, 1996-cı il təvəllüdlü Ramin Əmrahov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisədə onun qonşusu 1993-cü il təvəllüdlü Samir Abdullayev şübhəli bilinir.
Belə ki, tərəflər bir gün öncə Şəmkir rayonunda keçirilən toy mərasimində iştirak ediblər. Onlar arasında mübahisə yaranıb və hadisə baş verib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.













.jpg)


.jpg)















.jpg)






















