Türkiyə Superliqasında 7-ci tura yekun vurulub. 

"Unikal" xəbər verir ki, turun son matçında “Eyupspor” “Göztepe”ni qəbul edib. Matç qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb. 

“Eyupspor” - “Göztepe” - 0:4

Qollar: Juan, 11-pen., Andre Henrike, 54; 59; 76-pen.

Mövsümdə ilk qələbəsini qazanaraq xallarının sayını 6-ya çatdıran “Göztepe” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. 3 xalda qalan “Eyupspor” isə sonuncu – 18-ci yerə düşüb.