29 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayaraq İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlar, kiberhücumlar və digər hibrid əməliyyatlar həyata keçirməkdə ittiham ediblər.

“Unikal” Böyük Britaniya hökumətinin məlumatına istinadən xəbər verir ki, bəyanatı imzalayan ölkələr arasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada və Avstraliya da var.

Nazirlər sentyabrın 27-də Ferford aviabazasında baş vermiş insidentdə İranın iştirakına dair rəsmi Londonun qənaətini dəstəklədiklərini bildiriblər.

Bəyanatda İranın və ya başqa dövlətlərin maraqları naminə düşmənçilik fəaliyyəti həyata keçirən şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağı vurğulanıb.

Nazirlər suverenliyin qorunması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məsələlərində birgə fəaliyyət göstərmək əzmində olduqlarını qeyd ediblər.