"Belə görünür ki, pusquda dayanan düşmənlər məktəblərdə vahid geyim qaydalarının tətbiqi məsələsini də yeni təxribatlar üçün fürsət hesab edirlər".
"Unikal" xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, kiminsə avtomobilini yandırmaq, məktəbə od vurmağa çalışmaq kimi hərəkətlərin hansısa şagird və ya müəllim tərəfindən edilmədiyi hər kəsə aydındır:
"Belə ciddi təxribatları, cəmiyyətdə parçalnma yaratmaq, bunu qızışdırmaq kimi işləri yalnız xüsusi təşkilatlanmış qruplaşmaların üzvləri, yaxud onların ideoloji təsiri altına düşərək nə etdiyinin fərqində olmayanlar edə bilərlər. Hər bir halda bu, ölkəmizə və xalqımıza, hər birimizə, hətta səmimi inanclı insanlara da düşmən münasibətin ən pis göstəricilərindəndir.
Belə vaxtlarda hər kəsin diqqətli olması, təxribatlardan uzaq durması, fikir ayrılıqlarının real və təhlükəli cinayət əməllərinə çevrilməsinə yol verməməsi lazımdır. Belə xaos 6 il əvvəl sərhədlərimizə qoşun yığaraq bizi açıq təhdid edənlərə, müxtəlif “qırmızı xətlər” cızmaq istəyənlərə lazımdır".





























.jpg)








.png)






