Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələrin birgə iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. 

"Unikal" xəbər verir ki, iclasda, gündəliyə daxil edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın Goranboy rayonunda icra vəziyyəti, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi vəziyyəti və Goranboy rayonunun 2026-cı ildə “Gənclər Paytaxtı” élan olunması ilə bağlı rayonun fəal gəncləri ilə görüşlərin keçirilməsi və maarifləndirmə işlərinin davam etdirilməsi vəziyyəti barədə məsələlər müzakirə edilərək müvafiq məruzələr dinlənildi və qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. 

İclasda həmçinin təhsil, səhiyyə, mədəniyyət və kənd təsərrüfatı sahələrində mövcud vəziyyət, şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və problemlərinin operativ həlli, vətəndaş müraciətlərinin təhlili və icra intizamının yüksəldilməsi, erkən evlilik və qohum nikahlarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, qanunsuz tikintilərə qarşı mübarizənin gücləndirilməsi, eləcə də yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə olunub.