Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo argentinalı ulduz Lionel Messi ilə münasibətlərindən danışıb. O, mükafatlandırma mərasimlərində birlikdə yaşadıqları maraqlı bir hadisəni də xatırlayıb.
"Unikal" xəbər verir ki, Ronaldo bu barədə “The Touchline”a açıqlamasında bildirib.
"15 il ərzində mükafatlandırma mərasimlərində səhnəni bölüşmüşük və həmişə çox yaxşı münasibətimiz olub. Yadımdadır, aparıcıların və qonaqların dediklərini onun üçün tərcümə edirdim. Bu, həqiqətən də əyləncəli idi.
Leo həmişə mənə böyük hörmətlə yanaşıb. Təbii ki, o, öz klubunun maraqlarını qoruyurdu, mən də öz komandamın rənglərini müdafiə edirdim. O, millisi üçün mübarizə aparırdı, mən də öz millim üçün. Amma bu, tamamilə sağlam idman rəqabəti idi.
Əminəm ki, bütün bu illər ərzində bir-birimizi daha da inkişaf etməyə sövq etmiş və motivasiya etmişik".









.jpg)


.jpg)














.jpg)

























