Nigeriya millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Maykl Eneramo vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb.

40 yaşlı veteran futbolçunun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Maykl Eneramo Nigeriya millisinin heyətində 10 oyunda 3 qolla yadda qalıb. O, 2018-ci ildə peşəkar futbolla vidalaşıb.