Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, çempionluğunu daha əvvəl rəsmiləşdirən "Bavariya" səfərdə "Maynts"ın qonağı olub.

Qarşılaşmanın ilk hissəsində meydan sahibləri rəqib qapısından üç top keçirərək böyük üstünlük əldə etsələr də, ikinci hissədə təşəbbüsü tamamilə ələ alan "Bavariya" ardıcıl 4 qol vuraraq inanılmaz əzmkarlıq nümayiş etdirib və həlledici qələbəni təmin edib.

25 aprel

"Maynts" - "Bavariya" - 3:4

Qollar: D.Kor, 15, P.Nebel, 29, Ş.Beker, 45+2 // N.Cekson, 53, M.Olise, 73, C.Musiala, 80, H.Keyn, 83

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 82-yə çatdıran "Bavariya" turnir cədvəlinə başçılıq edir. Aktivində 34 xalı olan "Maynts" isə 10-cu pillədə qərarlaşıb.