Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun növbəti oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Naxçıvan klubu 40 xalla 6-cı, meydan sahibləri isə 20 xalla 11-ci yerdədir.
Günün ilk oyununda “İmişli” “Sumqayıt”ı qəbul edib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
