Göygöldə zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü İ.Allahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
