Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun daha 2 oyunu keçiriləcək.

"Unikal" xəbər verir ki, günün ilk matçı Şamaxıda eyniadlı komanda ilə "Kəpəz" arasında olacaq. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Turnir cədvəlində "Şamaxı" 32 xalla 8-ci, "Kəpəz" 21 xalla 10-cu pillədə qərarlaşıb.

Turun mərkəzi oyununda isə "Neftçi" və "Qarabağ" komandaları üz-üz gələcək. "Palms Sports Arena"dakı görüş saat 19:00-da start götürəcək.

Ağdam klubu hazırda 56 xalla 2-ci, paytaxt təmsilçisi 44 xalla 5-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "İmişli"yə 2 cavabsız qolla qalib gəlib, "Araz-Naxçıvan" isə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.