Düz 40 il əvvəl Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.
"Unikal" xəbər verir ki, bu, tarixdə ən böyük texnogen fəlakətlərdən biridir.
26 aprel 1986-cı ildə 4-cü blokda, ardınca başqa bir partlayış baş verdi və reaktor tamamilə məhv oldu. Atmosferə rekord miqdarda radioaktiv material buraxıldı.
Ayrılan izotoplardan yayılan radiasiya miqdarı təxminən 50 milyon küri idi - bu, Xirosima üzərində atom bombasının buraxdığı radiasiyadan 30-40 dəfə çoxdur.
Təmizləmə işlərinə ölkənin hər yerindən 600.000-dən çox insan - yanğınsöndürənlər, hərbi qulluqçular, xilasetmə işçiləri və könüllülər cəlb edildi.
Çernobıl qəzası nüvə enerjisi tarixində öz növünün ən böyüyü hesab olunur.
