Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

'Unikal xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasnın rəsmi saytı məlumat yayıb.

Ötən il milli komanda X.Qazyumovun rəhbərliyi altında Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub. Bu uğurları yüksək qiymətləndirən Avropa Güləş İttifaqı (UWW Europe) millimizin baş məşqçisini ilin ən yaxşı məşqçisi seçib.

Bu münasibətlə Avropa Güləş İttifaqının prezidenti Karl-Martin Dittmann Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında X.Qazyumova xüsusi mükafatı təqdim edib.