Asiya Çempionlar Liqasının qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, həlledici oyunda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Əhli” Yaponiya “Maçida”sı ilə üz-üzə gəlib.

120 dəqiqə davam edən görüş ərəblərin qələbəsi ilə başa çatıb – 1:0.

“Əl-Əhli”nin yeganə qolunu 96-cı dəqiqədə Feras Albrikan vurub.

Qeyd edək ki, “Əl Əhli” ardıcıl ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olur.