Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.

*** 11:56

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 11:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.