İranın Ali Lideri Müctəba Xameneinin fotosu ABŞ-İsrail və İran müharibəsində həlak olanların, eləcə də şəhid liderlərinin şəkilləri arasında yer alıb.
"Unikal" xəbər verir ki, Kaşan əyalətinin Məşhəd Ərdəhal kəndində nümayiş etdirilən divar rəsmi sosial media istifadəçilərinin diqqətini cəlb edib.
Yayımlanan videoya görə, Müctəba Xameneinin İbrahim Rəisi, Qasım Süleymani, Ruhullah Xomeyni və Əli Xameneinin yanında olduğu göstərilir.
Müharibənin başlanğıcından və Müctəba Xameneinin liderliyinin elan edilməsindən sonra onun yeni bir şəkli və ya ictimaiyyət qarşısında görünməsi dərc olunmayıb.
Xameneinin hava hücumları nəticəsində ağır yaralandığı deyilirdi. Hazırda onun səhhəti ilə bağlə rəsmi açıqlama yoxdur.
Ağarza Elçinoğlu
Müctəba Xameneinin fotosu öldürülənlər arasında... pic.twitter.com/UnJT5Ldw9M
— Unikal.az (@UnikalOrgPortal) April 26, 2026
