Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarının "Washington Hilton" hotelindəki qəbulu zamanı atışma baş verib.
"Unikal" xəbər verir ki, insident zamanı Tramp və vitse-prezident C.D. Vens saniyələr içində səhnədən uzaqlaşdırılıb. Panikaya səbəb olan hadisədə diqqət çəkən məqam olub. Belə ki, ölkənin daxili təhlükəsizlik üzrə müşavir Stephen Miller hamilə həyat yoldaşı Katie Milleri özünə sipər edərək qaçmağa çalışıb.
Həmin anlar anbaan kameralara əks olunub və Millerin bu hərəkəti qınanılıb.
