Son 24 saat ərzində Banqladeşdə mövsümi ildırım çaxması nəticəsində ən azı 14 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə " Reuters" məlumat yayıb  .

Bildirilir ki, qəfil fırtınalar güclü yağışa və ildırım çaxmasına səbəb olub.

Yerli hakimiyyət orqanları qurbanların əksəriyyətinin tarlalarda işləyən fermerlər və açıq ərazilərdə qalmış işçilər olduğunu bildirib.

Fırtına nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Banqladeşdə hər il ildırım vurması yüzlərlə insanın ölümünə səbəb olur.