Göygöldə 27 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 27 yaşlı E. Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 28 yaşlı T. Allahverdiyev saxlanılıb.
Araşdırma aparılır.
**** 22:50
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb. Belə ki Gəncə şəhər sakini - 1999-cu il təvəllüdlü E.Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 27 yaşlı gənc oğlan restoranda dava zamanı bıçaqlanıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Tural Əhmədov
