Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin İrana qarşı sanksiyalarının ləğvini vaxtından əvvəl adlandırıb və qeyd edib ki, Aİ əvvəlcə Tehranın "davranışında fundamental dəyişiklik" görmək istəyir.

"Unikal" xəbər verir ki, o, bunu Berlində keçirilən mətbuat konfransında bildirib.

"Əvvəlcə İranın davranışında fundamental dəyişikliklər görməliyik, ona görə də sanksiyaları ləğv etmək hələ tezdir", - Avropa Komissiyasının rəhbəri qeyd edib. 

İrana qarşı sanksiyaların bir hissəsi olaraq, Aİ ölkədən yüzlərlə şəxs və təşkilatı qara siyahıya salıb ki, bu da onların Avropadakı aktivlərinin dondurulması və Aİ-yə girişinin qadağan edilməsi deməkdir.