Ötən gün Yasamal rayonu, Kənar dairəvi yolda "Mercedes Sprinter" markalı avtomobil "Shacman"la toqquşub.

"Unikal"ın məlumatına görə, qəzada xəsarət alan "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlu ölüb.

Qeyd edək ki, qəzada həyatını itirən sürücünün atası Əlicavad Cavadov ötən ay vəfat edib.

Seymur Əli