Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə köhnə Ələt–Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı minik avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev