İspaniyanın Xaen şəhərində keçirilən "San Markos" festivalında faciə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  30 yaşlı öküz yetişdiricisi Santyaqo Barrero San Roman öküzün hücumuna məruz qalıb. 

Öküz Romanı dəfələrlə havaya atıb, buynuzu ilə vurub. İspaniyalı aldığı xəsarətlərdən yerindicə həyatını itirib.