Naftalan şəhərində yerləşən “Möcüzəli” sanatoriyasında 70 yaşlı kişinin meyiti aşkarlanıb.

"Unikal"ın  məlumatına görə, hadisə sanatoriyada qeydə alınıb. Belə ki, istirahət üçün gələn Yardımlı rayon sakini, 1956-cı il təvəllüdlü Z. Rzaquliyevin meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala əsasən, onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov