Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbədə baş verib. Kəlbəcər rayon sakini, 2009-cu il təvəllüdlü N.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib və onun vəziyyətinin kafi olduğu bildirilir.
Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tural Əhmədov
