Naməlum şəxs Parisin İl-de-Frans bölgəsinin İvelines departamentində RER qatarında sərnişinlərə bıçaqla hücum edib.

"Unikal" xəbər verir ki, bu  barədə  "Le Parisien" qəzeti yazıb. 

Nəşrin məlumatına görə, iki nəfər yaralanıb. Onlardan biri qatarda bıçaqlanıb. Hücum zamanı sərnişinin yatdığı bildirilir.

Kişi daha bir stansiyada başqa bir şəxsə hücum edib və bundan sonra qaçıb.