İran prezidenti Məsud Pezeşkian ictimai tədbirdə ona ünvanlanan tənqidlərə Azərbaycan atalar sözlərindən sitat gətirməklə cavab verib.
"Unikal" xəbər verir ki, şikayətləri dinlədikdən sonra o, tənqidi qəbul etməyə hazır olduğunu, lakin qarşılıqlı hörmət gözlədiyini bildirib.
"Sən danışırdın, mən də dinlədim. İndi mən danışanda dinləməlisən. Əyri oturaq, düz danışaq. Adını qoydum Rəşid — birini de, birini eşit", - deyə İran prezidenti bildirib.
