Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk vəzifəsindən istefa verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Malyuk sosial media hesabında açıqlama yayıb. 

"Mən Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa verirəm", - deyə o bildirib.

Ukrayna mediası əvvəllər Malukun SBU-nun "açıq-aşkar ticarət"də və "biznesləri ifşa etməkdə" ittiham olunduğunu bildirmişdi. 

***09:02

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasil Malyuk istefa ərizəsi yazıb.

"Unikal" xəbər verir ki, bu barədə "Strana.ua" nəşri məlumat yayıb. 

Qeyd olunur ki, SBU rəhbəri vəzifəsi uğrunda iki nəfər - sədr müavini Aleksandr Poklad və xüsusi əməliyyatlar mərkəzinin rəhbəri Yevhen Xmara mübarizə aparır.  

Gülayə Mecid