ABŞ Avropadakı altı bazada təxminən 100 modernləşdirilmiş B61 taktiki nüvə bombası (B61-12 versiyası) yerləşdirib.
"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ Nüvə Alimləri Federasiyasının məlumatları təsdiq edir.
Məlumata görə, Avropdakı nüvə silahlarını "F-35A", "F-15E", "F-16" və "Tornado" taktiki qırıcıları daşıya bilər.
B61-12 bombaları əvvəlki versiyalarla müqayisədə daha aşağı gücə malikdir (0.3-50 kiloton). Lakin, o daha yaxşı idarəolunan və dəqiqdir ki, bu da onu paraşütlə atmaq əvəzinə yüksək hündürlükdə uçan təyyarədən atmağa imkan verir.
