Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın paytaxtı Parisdə suriyalı həmkarı Əsəd əl-Şeybani ilə görüşüb.
"Unikal"" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
Görüşün müzakirə mövzuları hələ açıqlanmayıb.
Qeyd edək ki, görüş Ukraynaya dəstəklə bağlı yaradılan "İstəklilər koalisiyası"nın sammiti çərçivəsində baş tutub.
