Marneuli bazarında baş verən silahlı insident zamanı yaralanan 27 yaşlı azərbaycanlı Sahib Bayramov xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, hadisə zamanı güllə yarası alan ata Telman Bayramovun vəziyyəti stabil, lakin ağırdır.
Ata və oğulun güllələndikləri zərgərlik mağazasının sahibləri olduğu bildirilir.
Hadisənin motivi məlum deyil.
