Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçirilib.
"Unikal" xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gəlib. "Yeni Adana" arenasında reallaşan qarşılaşma İstanbul klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Qolları Kərəm Aktürkoğlu və Con Duran vurublar.
Bununla da "Fənərbağça" Superkubokun finalında "Qalatasaray"a rəqib olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.
