Tanınmış Azərbaycan-İsrailli iş adamı, TraxNYC-nin təsisçisi və sahibi Maksud Ağacani onun şirkətinin adından istifadə edərək Hollivud ulduzlarına, o cümlədən "50 Cent"ə zinət əşyaları sataraq onun reputasiyasına xələl gətirən fırıldaqçıların qurbanı olub.
"Unikal" xəbər verir ki, Ağacaninin iştirak etdiyi qarşıdurma videosu geniş ictimai etiraza səbəb olub. Ağacani iddia edib ki, fırıldaqçılar onun müştərilərinə saxta qızıl olan zinət əşyalarını sataraq dəfələrlə aldadıblar.
İnsidentdən sonra iki nyu-cersili zərgər həbs edilib.
