Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.
Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Faktla bağlı araşdırma aparılır.
