Nigeriyada silahlı dəstə üzvləri Niger əyalətinin Demo bölgəsindəki Kasuwan-Daji bazarına hücum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 50 nəfər həlak olub. Çox sayda insan hücumçular tərəfindən qaçırılıb. Ölənlər üçün kütləvi dəfn mərasimi keçirilib, yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.
Prezident Bola Əhməd Tinubu hücumla bağlı verdiyi açıqlamada silahlı dəstə üzvlərinin tutulmasını əmr edib və onların ölkənin qətiyyətini sınağa çəkdiklərini və cinayətkar əməllərinin bütün nəticələri ilə üzləşməli olduqlarını vurğulayıb. Tinubu təhlükəsizlik qüvvələrinə qaçırılan bütün şəxslərin dərhal xilas etməyi tapşırıb.
