ABŞ-nin sabiq prezidenti Co Bayden ölkə tarixində dövlət başçıları arasında ən yüksək pensiya alan şəxs olub.

"Unikal" "New York Post" qəzetinə istinadən xəbər verir ki, Baydenin illik pensiyası 417 min dollar təşkil edir.

Bu məbləğ onun prezident olduğu dövrdə aldığı illik maaşı 17 min dollar üstələyir. Qeyd olunur ki, Baydenin bu qədər yüksək pensiya alması uzun illər dövlət qulluğunda çalışması ilə bağlıdır.

O, siyasi karyerası ərzində senator, ABŞ-nin vitse-prezidenti və prezident vəzifələrində fəaliyyət göstərib. Məhz bu mərhələlər üzrə müxtəlif dövlət qurumlarından edilən ödənişlər nəticəsində Bayden belə yüksək pensiya hüququ qazanıb.

Gülayə Mecid