“Mançester Siti” “Bornmut” klubunun yarımmüdafiəçisi Antuan Semenyonun transferini uğurla başa çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, transferin məbləği 75 milyon avro təşkil edəcək. Qeyd olunur ki, Semenyo yanvarın 8-də tibbi müayinədən keçdikdən sonra “şəhərlilər”lə uzunmüddətli müqavilə imzalayacaq.
Məlumata əsasən, yarımmüdafiəçi “Mançester Siti”yə keçmək üçün İngiltərə Premyer Liqasından dörd klubun təklifini geri çevirib. Transferdə əsas amilin futbolçunun ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altında oynamaq istəyi olduğu vurğulanır.
Cari mövsümdə Premyer Liqada 25 yaşlı Antuan Semenyo 19 oyunda meydana çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
