Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Türkistan" qəzetinə müsahibə verib. 

"Unikal" qəzetə istinadən yazır ki, Tokayev müsahibəsində şəxsi həyatı və işləri bağlı bəzi nüansları paylaşıb. 

Qazaxıstan lideri bildirib ki, bütün həyatı dövlət qulluğunda keçib:

"Keçən il dövlət qulluğumun 50 ili tamam oldu. 1975-ci ilin sentyabrında ilk dəfə SSRİ Xarici İşlər Nazirliyinə daxil oldum. İlk ixtisasım Çinşünaslıq idi və bu, müstəsna əzmkarlıq tələb edir. Həqiqətən də, mətnlərlə işləmək təcrübəm var; pis yazıya və xüsusən də səhv yazıya dözə bilmirəm. Administrasiyadakı hər kəs bilir ki, mən şəxsən bütün çıxışlara, o cümlədən müraciətlərə, məqalələrə və hətta həmkarlarıma yazılmış məktublara nəzarət edirəm.

Bütün yetkin həyatım özünəinam, məsuliyyət və ardıcıllıq tələb edən dövlət qulluğunda keçib. Bu, mənim xarakterimi və dünyagörüşümü formalaşdırıb. Buna görə də, "Sən kimsən?" sualınıza qısaca cavab verəcəyəm: Dövlətçi". 

Пресс-секретарь Токаева анонсировал большое интервью президента Казахстана  - 02.01.2026, Sputnik Казахстан

Bundan əlavə, Tokayev müsahibəsində səhhəti ilə bağlı yayılan şaiyələrə aydınlıq gətirib: 

"Səhhətimlə bağlı heç bir şikayətim yoxdur; qan təzyiqim sabit və normaldır. Hər gün yoqa dərslərinə gedirəm, amma meditasiya etmirəm. Həftədə bir neçə dəfə keçmiş peşəkar oyunçumla stolüstü tennis oynayıram. Əslində doqquz kiloqram arıqlamışam ki, bu da rifahımı yaxşılaşdırıb".

Gülayə Mecid