"Biz Allaha və özümüzə olan inamı itirmişik".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələrilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan deyib.
"Bu dünyada heç bir istinad nöqtəniz olmadığı zaman özünüz kimi qalmaq çox çətindir. Kaş ki, hamınıza həmin istinad nöqtəsi olaydı. Demək istəyirəm ki, məndə hər şey yaxşıdır. Hər kəsi bayram münasibətilə təbrik edirəm, hamınıza təşəkkür edirəm", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
