Venesuela prezidenti Nikolas Maduronun saxlanıldığı Nyu-York təcridxanasının qarşısında çoxlu sayda polis qüvvəsi növbətçilik edir və vəziyyət gərgin olaraq qalır.
"Unikal" xəbər verir ki, "RİA Novosti" agentliyi məlumat yayıb. Qeyd olunur ki, saxlama mərkəzinin girişində ən azı dörd polis maşını dayanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti izləyir və çoxsaylı jurnalistlər də oradadır.
Agentlik qeyd edir ki, Maduronun həbsxananın hansı konkret binasında saxlanıldığı hələlik məlum deyil.
Xatırladaq ki, 3 yanvarda ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata başladıb, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tutularaq deportasiya edilib. Daha sonra Maduro Bruklin həbsxanasına aparılıb.
Venesuela prezidentinə qarşı ittihamlar yanvarın 5-də Nyu-York məhkəməsində irəli sürüləcək.
Gülayə Mecid
