Qeyri-adi hadisə Türkiyədə qeydə alınıb.

"Unikal" xəbər verir ki, Ankara sakini Şengül Öz 10 illik həyat yoldaşından 2022-ci ildə "uyğunsuzluq" səbəbindən qarşılıqlı razılaşma ilə boşanıb. Qadın maddi durumunun aşağı olması səbəbindən uşaqlarının qəyyumluğunu ataya verib.

Boşanmasından 3 il keçməsinə baxmayaraq, Özün keçmiş əri qadından aliment tələb edib. Məhkəmə qərarına əsasən, qadın övladlarına görə keçmiş ərinə aliment ödəməyə məcbur olub.