Gəncədə gənc oğlanı qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb.
"Unikal"ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən, Gəncə şəhər sakini, 17 yaşlı Ö.Tağızadə şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə qətl hadisəsi baş verib.
"Unikal" xəbər veerir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Z.Rzayev tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tural Əhmədov
