"İran millətinin yanında olanlar milli səviyyədə hörmət və ehtiramla qarşılanacaqlar".
"Unikal" xəbər verir ki, bu barədə şahzadə Rza Pəhləvi xalqa müraciətində deyib.
Şahzadə İslam Respublikasının silahlı və təhlükəsizlik qüvvələrinə müraciətində bunun xalqa qayıtmaq üçün son şans olduğunu açıqlayıb.
O, taleyüklü İran etirazları günlərində bu qüvvələrdən tarixin hansı tərəfində dayanacaqlarını soruşb: "Cinayətkarların, yoxsa xalqın tərəfində?"
Pəhləvi İslam Respublikasının zülmkar rejiminin devrilməsini qaçılmaz adlandırıb: "İndi yeganə sual onun nə vaxt süqut edəcəyidir və bu, əvvəlkindən daha yaxındır.
Bu taleyüklü anlarda millətin ağuşuna qayıdıb silahlarınızı insanlara atəş açmaq üçün deyil, onları qorumaq üçün istifadə etməyinizi gözləyirəm. Bunu etməklə siz təkcə milli borcunuzu yerinə yetirməyəcək, həm də öz gələcəyinizi və ailələrinizin gələcəyini qoruyacaqsınız.
Bu, millətə qoşulmaq və taleyinizi İslam Respublikasının batan gəmisindən ayırmaq üçün son şansınızdır.
Millətin zülmkarları və xalqa atəş açanların müəyyən ediləcəyinə və cəzalandırılacağına əmin ola bilərsiniz".
Ağarza Elçinoğlu
